Robert Levandovski Almaniyada ilin ən yaxşı futbolçusu seçilib
Almaniyada ilin ən yaxşı futbolçusu məlum olub.
AZƏRTAC xəbər verir ki, "Bavariya"nın hücumçusu Robert Levandovski bu ada layiq görülüb. "Kicker" nəşrinin Almaniya İdman Jurnalistləri Assosiasiyasının üzvləri arasında keçirdiyi sorğuda polşalı futbolçu 276 səslə qalib olub. R.Levandovski "Bavariya" ilə son mövsümdə iştirak etdiyi 47 oyunda 55 qol vurub.
İkinci və üçüncü sırada Levandovskinin komanda yoldaşları Tomas Müllerlə (54) Yozua Kimmix (49) yer alıb.
Xatırladaq ki, "Bavariya" klubu UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qalibi olub. Münxen təmsilçiləri final matçında Fransanın "Paris Sen-Jermen" klubunu 1:0 hesabı ilə məğlub ediblər.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb