banner
banner

İdman

Muarrem Bayrami: "Bakıda baş verənlərdən sonra qələbə xoş qarşılanır"

Muarrem Bayrami: "Bakıda baş verənlərdən sonra qələbə xoş qarşılanır"

"Qələbə və üç xal üçün çox şadam. Düşünürəm ki, buna layiq idik". 

"Report" xəbər verir ki, bu fikirləri Şimali Makedoniya təmsilçisi "Şkupi"nin baş məşqçisi Muarrem Bayrami çempionatın 4-cü turunda "Pelister"i evdə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra yerli mətbuata açıqlamasında deyib.   

35 yaşlı mütəxəssis hər matçda daha yaxşı çıxış etdiklərini söyləyib.

O, Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"yə uduzduqları matçı da xatırlayıb:

 "Bakıda baş verənlərdən sonra bugünkü qələbə xoş qarşılanır. "Pelister"ə böyük hesabla qalib gələ bilərdik, matçda üstün idik və penaltini də qaçırdıq. Hələ ki, komandadan razıyam. 12 mümkün xaldan 10-unu qazandıq". 

Qeyd edək ki, "Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində "Şkupi"ni 2:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. Bu gün paytaxt təmsilçisinin II təsnifat mərhələsində rəqibi bəlli olacaq. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.