Soyuq havada xəstəlik ehtimalı daha çox olduğundan süfrənizdə daim immuniteti gücləndirən qidalar, meyvələr olmalıdır. Mövsüm dəyişikliyi ilə insanların immunitetə daha çox eytiyacı var.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, belə meyvələrdən biri də heyvadır. A, B, C vitaminləri və potaşla zəngin olan heyva xərçəng, bağırsaq problemləri, öskürək kimi bir çox xəstəliklərin şəfasıdır. Heyva vitamin və minerallarla çox zəngindir. 100 qram heyvada gündəlik tələbatımızın 25%-ni qarşılayacaq qədər C vitamini var.
Heyva immuniteti gücləndirməklə yanaşı, xolestrolu tənzimləməkdə də mühüm rol oynayır. Dərinin sağlam olması və gözəl görünməsi üçün də faydalıdır. Heyva suyu və çayını içənlərdə dəri ləkələri azalır və insanın daha gənc görünməsini təmin edir.
80%-i sudan ibarət olan heyvanın kalorisi də azdır. 100 qram heyvada 55 kalori var. Heyvadakı pəhriz lifləri də arıqlamağa kömək edir. Həzm sistemi xəstəliklərinin, ishal, mədə ağrıları və ürəkbulanması üçün də heyva əvəzsizdir. Tərkibindəki potaş sayəsində qan təzyiqi nəzarətdə saxlanılır və böyrəkləri qoruyur. Suyu və çayı qripdən sağalmağın ən ideal vasitəsidir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.