banner
banner

İdman

Mahir Emreli ən yaxşı bombardirlərin siyahısına düşdü

Mahir Emreli ən yaxşı bombardirlərin siyahısına düşdü

“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan çempionatları tarixinin ən yaxşı 50 bombardiri siyahısına daxil olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, buna qol sayını 43-ə çatdırmaqla imza atıb.

Premyer Liqanın 2020/21 mövsümünün ilk turunun “Sabah”la görüşündə (2:0) dubl müəllifi olan hücumçu öncə 42-ci, ardınca 43-cü qolunu vurub. Emreli buna 120-ci oyununda nail olub. O, çempionatdakı qol sayında hərəyə 42 qol vuran Bəxtiyar Musayevlə Branimir Subaşiçi, həmçinin bunadək eyni sayda fərqləndiyi Baqali Dabo, Fazil Əsədov və Leandro Qomeşi arxada qoyub. Mahir 43 qol vuran Elmir Xankişiyevə çatıb. Bu cütlük bombardirlər cədvəlində 48-49-cu yerləri bölüşür.

Bütün qollarını “Qarabağ”da vuran Emreli Premyer Liqada 2014/15 mövsümündə “Bakı”nın heyətində debüt edib.

Qeyd edək ki, bombardirlər siyahısına 183 qol vuran Nazim Əliyev başçılıq edir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.