Baş rollarını Murad Yıldırım ilə Esra Bilgiçin canlandırdığı "Ramo" serialından aktyor Görkəm Sevindikin ayrılmasının səbəbi haqda yeni iddialar irəli sürülüb.
Axşam.az xəbər verir ki, ekran işində “Boz” obrazına həyat verən Görkəmi serialdan Muradın uzaqlaşdırdığı deyilir.
Yayılan məlumata görə, Sevindikin son bölümlərdə ön plana çıxmasından narahat olan Yıldırım, rejissora “Ya mən, ya da Görkəm” deyərək şərt qoyub.
Seçim qarşısında qalan rejissor isə Muradı üstün tutub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.