İtaliyanın "Yuventus" klubunun futbolçusu Qonsalo İquain karyerasını ABŞ-da davam etdirməyə çox yaxındır.
"Report" "Tyc Sports"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu MLS təmsilçilərindən "İnter Mayami" ilə razılaşıb. Argentinalı forvardın sözləşməsi iki illik nəzərdə tutulub.
İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin rəhbəri olduğu klub bu keçidi Turin klubu ilə həll etməlidir. "Yuventus"un yeni baş məşqçisi Andrea Pirlo İquaini komandasında görmək istəmir.
Qeyd edək ki, Qonsalo İquain 2019/2020 mövsümündə "Yuventus"un heyətində 44 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb