banner
banner

İdman

Futbol yığmaları bu il 36 şübhəli matçda iştirak edib

Futbol yığmaları bu il 36 şübhəli matçda iştirak edib

Futbol üzrə milli komandaların 2020-il əvvəllərindən bəri keçirdikləri şübhəli matçların sayı açıqlanıb. 

"Report" "The Times" nəşrinə istinadən istinadən xəbər verir ki, kişilərdən ibarət yığmalarda 36 oyunun şübhəli olduğu müəyyənləşdirilib. İstintaq bukmeyker kontorlarındakı mərclər əsasında aparılıb. 

Habelə potensial qayda pozuntuları da üzə çıxıb. Onların arasında buraxılmış toy sayında oyunçuların, sarı vərəqə miqdarında isə hakimlərin alınması öncüllük təşkil edir. 

Belə matçların iki il ərzində iki dəfədən çox artdığı bildirilib. Qadın futbolundakı şübhəli görüşlərdə isə azalma baş verib. 

Qeyd edək ki, Azərbaycan millisi son matçını 2019-cu il noyabrın 19-da səfərdə Slovakiyaya qarşı keçirib. AVRO-2020-nin son seçmə oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.