banner
banner

Şou

Fədayə Laçın Rusiyaya köçdü - FOTO

Fədayə Laçın Rusiyaya köçdü - FOTO

Müğənni Fədayə Laçın artıq martdan bu yana Moskvada yaşayır.

Koronavirus infeksiyasının yeni yayılmağa başladığı ərəfədə sənətçi Moskvada konsert və toy şənliyində yer almaq üçün ora yollanıb. Daha sonra sərhədlər bağlandığı üçün Fədayə geri qayıda bilməyib.

"Oğlum Əlhəmlə birlikdə kirayə ev tutan ifaçı artıq 7 aydlr orada qalır. Hər dəfə sosial şəbəkədə izləyicilərinin bunla bağlı suallarını cavablandıran müğənni "Yollar bağlıdır, açılanda gələcəm. Bakıdan köçməmişəm" cavabını verib.

Əldə etdiyimiz məlumata görə, F.Laçın sərhədlər açılandan sonra da Bakıya qayıtmamaq qərarı alıb. Yaradıcılığına da orada davam edən sənətçi hər gün toy, şənliklərdə çıxış edir.

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.