Gürcüstan prezidenti Georgi Marqvelaşvili və onun xanımı Maka Çiçuanın övladı olacaq. Axşam.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə Çiçua “Rustavi-2” telekanalına müsahibəsində bildirib: “Bizim artıq iki qız övladımız var. Məlum oldu ki, üçüncü övladımız oğlan olacaq”. Qeyd edək ki, bu ilin sentyabrın 10-da Gürcüstan Prezidenti Georgi Marqvelaşvili vətəndaş nikahında olduğu Maka Çiçua ilə rəsmi nikaha girib. Marqvelaşvili ikinci dəfə ata olacaq. Onun qızının adı Anna, Çiçuanın isə Maşodur. G.Marqvelaşvili və M.Çiçua uzun illərdir bir yerdə yaşayıblar. Onları vaxtilə övladları Maşo və Anna tanış ediblər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.