banner
banner

Dünya

Tramp: “ABŞ heç kimin bilmədiyi silah sistemlərinə sahibdir”

Tramp: “ABŞ heç kimin bilmədiyi silah sistemlərinə sahibdir”

“ABŞ-da heç kimin bilmədiyi silah sistemləri var”.

APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp cümə axşamı Miçiqan ştatına yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp əlavə edib ki, ABŞ-da Rusiyanın və Çinin sahib olmadığı yeni nüvə silah sistemi mövcuddur:

"Möhtəşəm silahlarımız var. Xeyr, mən gizli məlumatlardan danışmıram, istehsal etdiyimiz silahlardan danışıram. Silahlı Qüvvələrimiz hər zamankından daha güclüdür”. 

ABŞ lideri bildirib ki, son 3 il yarımda Silahlı Qüvvələrə 2,5 trilyon dollar xərclənib:

“Hazırda yeni raketlərimiz var. Ümid edirəm ki, bu silahlardan heç vaxt istifadə etməyəcəyik. Nüvə silahlarımız ən yaxşı vəziyyətdədir”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.