banner
banner

Sosİal

Məktəblərdə bufetlər fəliyyət göstərməyəcək

Məktəblərdə bufetlər fəliyyət göstərməyəcək

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində yeməkxanalara (bufetlərə) dair tələblər müəyyənləşib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda məlumat verilib.

Qaydalarda qeyd edilib ki, internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilir.

İnternat tipli ümumi təhsil müəssisələrində yeməkxana girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur. Yeməkxanada masa və oturacaqlar aralarında məsafə ən az 1,5 metr olmaqla düzülür.

Təhsilalanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla ən azı 20 saniyə yuması üçün vasitələrlə təmin edilir.

Ümumi olan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur və növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır.

Yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl edir, əlcək və tibbi maska taxır.

Yeməkxanada növbə yerləri döşəmə işarələri ilə ayrılır. Yemək hazırlanmasında istifadə edilən dəzgahlar başqa məqsədlər üçün istifadə edilmir.

Mətbəxlərində sosial məsafənin təmin edilməsi və sanitariya-gigiyena qaydalarına əməl edilməsi mümkün olmayan internat tipli təhsil müəssisələrinin yeməyin hazırlanması dayandırılır və həmin müəssisələrə hazır yeməyin gətirilməsi təmin olunur. Peşə təhsili müəssisələrində fəaliyyət göstərən yeməkxana/bufetlərin tədris məqsədləri üçün istifadəsinə icazə verilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.