Rusiya Federasiyasının Xakasiya Respublikasında irimiqyaslı meşə yanğınları baş verib. Yanğın bir neçə yaşayış məntəqəsini əhatə edib. Hadisə nəticəsində 21 yaşayış məntəqəsində 483 nəfərin xəsarət aldığı, 15 nəfərin isə öldüyü bildirilir. Xəsarət alanlardan 11-nin vəziyyəti ağırdır. 1 nəfər isə itkin düşmüş hesab edilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınla əlaqədar regionda fövqəladə vəziyyət elan edilib. 500-dən çox adam evakuasiya edilib. 120-ə yaxın evin yandığı, 900-ə yaxın evə isə qismən ziyan dəydiyi bildirilir. Yanğınla mübarizəyə 1000-dən çox yanğınsöndürən cəlb edilib. Yanğınsöndürənlər hələlik 4 yanğını nəzarət altına ala biliblər. İlkin ehtimala görə, yanğına biçilmiş əkin sahəsinin yandırılması zamanı alovun nəzarətsiz qalması, quru hava və güclü külək səbəb olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.