banner
banner

İdman

PSJ Mbappeni 300 milyona satmaq istəyir

PSJ Mbappeni 300 milyona satmaq istəyir

Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ-ni tərk edə bilər. 

"Report" "The Sun"a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu növbəti yay komandadan ayrılacağı ilə bağlı Paris təmsilçisinin rəhbərliyini xəbardar edib. 

Klub fransalı forvardı 300 milyon funt-sterlinqdən aşağı qiymətə satmaq niyyətində deyil. Mbappe mövsüm ərzində 16 - 20 milyon avro maaş almaq istəyir. 

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatacaq. 2017-ci ildən komandada çıxış edən və 3 dəfə ölkə çempionu olan oyunçu 124 matça 90 qol vurub. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.