Kiçik raketli və artilleriya gəmiləri “Qrad Sviyajsk”, “Uqliç”, “Volqodonsk” və “Maxaçkala” Xəzəryanı dövlətlərin HDQ-sı (Hərbi Hava Qüvvələri) ilə təlimə hazırlığa başlayıblar.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Rusiyanın Cənub hərbi əyalətinin mətbuat xidməti bildirib.
“Heyət hazırlıq prosesində müxtəlif mövzulu təlimlər keçirəcəklər. Onlar birgə manevr etmək, hava və dəniz hədəflərinə artilleriya sistemlərindən atəş açmaqla, müxtəlif növ təlimlər keçirəcəklər”, - relizdə deyilib.
İyunda Hərbi xidmət tapşırıqlarının yerinə yetirilməsi çərçivəsində Rusiyanın HDQ gəmiləri Bakı (Azərbaycan) və Aktau (Qazaxıstan) limanlarına giriş edəcəklər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.