Aktrisa Seren Fosforoğlu bir ildən çoxdur birlikdə olduğu sevgilisi biznesmen Kaan Önal ilə evlənib.
Axşam.az türk mediasına istinadən xəbər verir, aktrisanın nikah şahidliyini Çiçek Dilligil və Bora Öztoprak edib.
Fosforoğlunu toyuna moda məsləhətçisi Erdal Güvenç hazırlayıb. Serenin sənət dostları Seren Görgüzel, Billur Kalkavan da onu özəl günündə tək qoymayıblar.
Nikahdan sonra cütlük yaxın dostları ilə partiyə qatılıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.