“Xoşqədəm Hidayətqızı bu gündən ANS televiziyasında işə başlayır”.
Bu haqda məlumatı aznews.az-a ANS-dən bildiriblər. ATV telekanalından ayrılan məşhur aparıcının ANS-ə öz komandası ilə getdiyi deyilir. Mənbə bildirir ki, dünən - bazar günü də Xoşqədəm Hidayətqızı ANS televiziyasına gəlib: “Hazırda onun aparacağı yeni verilişin incəlikləri müzakirə edilir. Məsləhət bilinib ki, “Səni axtarıram” verilişinin adı ATV-yə məxsus olduğundan bu veriliş ANS-də başqa adla efirə getsin. Yeni veriliş həftədə iki dəfə (şənbə və bazar günləri) efirdə yayımlanacaq”.
Qeyd edək ki, ATV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bu kanaldan ayrılıb. Bu isə müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub. Aparıcının bu gün olayla bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.