İstanbulun Şişli səmtində bir binanın 12-ci mərtəbəsində yaşayan müğənni Zeynep Mansur evini izləyən manyakla bağlı polisə şikayət edib.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, evinə qonaq gələn dostu ilə söhbət edən ifaçı pəncərənin qabağında bir dron görüb. Pəncərəni açıb aşağı baxan müğənni bir kişinin dronla onun evinin içini izlədiyini görüb.
Həmin şəxsə "Nə edirsən" sualını ünvanlayan Zeynep "Evinə baxıram" cavabını alıb.
Mansur onunla eyni binada yaşayan şəxsi polisə şikayət edib. O isə öz evində tək qoyduğu itini izləmək üçün drondan istifadə etdiyini bildirib və müğənnidən üzr istəyib.
Mansur "Üzr istədi, amma qorxuram. Bu hadisə məndə psixoloji problem yaradıb. Bir insan evindəki itə küçədən dronla niyə baxsın? Bir daha eyni hadisə təkrarlanarsa, yenidən məhkəməyə gedəcəm" sözlərini söyləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.