banner
banner

Dünya

BMT Baş Katibi: “Koronavirus nəzarətdən cıxıb”

BMT Baş Katibi: “Koronavirus nəzarətdən cıxıb”

Koronavirus epidemiyası nəzarətdən çıxıb. COVID-19 pandemiyasının yaratdığı böhran həyatımızdakı digər böhranlardan tam fərqlidir. Bu baxımdan Baş Assambleyanın bu il keçiriləcək iclası digər toplantılardan fərqli olacaq”.

APA-nın xəbərinə görə, bunu BMT-nin Baş Katibi Antonio Quterres sentyabrın 16-da keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, tezliklə bəşəriyyətdə koronavirusdan ölən insanların sayı 1 milyonu keçəcək: “Koronavirus müasir dünyada sağlamlığımız üçün bir nömrəli təhlükədir. Yalnız COVID-19-a qarşı vaksin pandemiyanın yaratdığı böhranı aradan qaldırmayacaq”.

Baş katibin sözlərinə görə, çoxları ümidini vaksinə bağlasa da, hazırda pandemiyanın qarşısını alacaq, gözləntiləri doğruldacaq vaksin əldə edilməyib.

Antonio Quterres yaxın 12 ay ərzində müalicəyə kömək edəcək, infeksiyanın yayılmasının qarşısını ala biləcək vasitələrdən istifadənin əhəmiyyətli dərəcədə vacib olduğunu vurğulayıb.

COVID-19-un sərhəd tanımadığını qeyd edən Baş Katib diqqətə çatdırıb ki, bu gün hər kəs üçün əlçatan bir vaksinə ehtiyacımız var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.