banner
banner

Dünya

Nazirə hədə məktubu yazıldı

Nazirə hədə məktubu yazıldı

Avstriya Daxili İşlər nazirinə ölümlə hədələnən məktub göndərilib.

ANS PRESS-in məlumatına görə, Avstriyanın "ORF" dövlət televiziyasında nazir Mikl-Leitnerə ölümlə hədələnən ünvansız iki fərqli məktub göndərildiyi bildirilib.

Kim tərəfindən göndərildiyi bilinməyən məktubda nazir ölkənin qaçqın siyasətini liberallaşdırmaqda günahlandırılır.

"Əgər Avstriya daha bir qaçqın qəbul etsə, nazir Leitner və digər 50 siyasətçini qətlə yetirəcəm” - deyə məkrubda yazılıb.

Vyana Prokurorluğu anonim məktubla bağlı istintaq başladıldığını təsdiqləyib.

Qeyd edək ki, nazir Leitner ötən həftələrdə daha çox qaçqın qəbul edilməsi üçün kvotalara uyğun gəlməsini ehtiva edən qərarlar qəbul etdiklərini söyləmiş və bu qərar sağçı partiyalar tərəfindən sərt bir şəkildə tənqid olunmuşdu.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.