banner
banner

Şou

67 yaşlı qonşusunu döyən Halil Sezai həbs edildi FOTO

67 yaşlı qonşusunu döyən Halil Sezai həbs edildi FOTO

Türkiyənin məşhur müğənnisi Halil Sezai Tuzlada qonşusu, 67 yaşlı Hüseyn Merici döydüyü üçün saxlanılıb. 

Musavat.com xəbər verir ki, müğənni Anadolu Ədalət Sarayına polisin müşayiəti və vəkili ilə gətirilib. İki saat ifadəsi alınan sənətçi “silahla qəsdən yaralama” və “silahla hədələmə” maddələri üzrə həbs tələbi ilə məhkəməyə göndərilib. Sezai məhkəmənin qərarı ilə həbs edilib.

Qeyd edək ki, H.Sezai kirayə götürdüyü villada film çəkməsinə etiraz edən 67 yaşlı Hüseyn Mericə əsəbləşib və sözügedən şəxsə hücum edərək onu döymüşdü. O, hadisədən sonra İstanbul Polis Şöbəsinə aparılıb və ifadəsi alınmışdı.

Məşhur müğənninin yaşlı adamı döydüyü anın görüntüləri ötən gün mətbuatda yayılmış, səs-küyə səbəb olmuşdu.

H.Meric isə “Halil məni döyərkən kəlimeyi-şəhadət dedim. O da “Azan oxuyursan sən?”, - deyərək məni daha çox döydü”-, açıqlamasını vermişdi.

 

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.