57 yaşlı aktrisa-müğənni Yonca Evcimik sosial şəbəkədə paylaşdığı fotolarla gündəmə gəlib.
Axşam.az xəbər verir ki, sənətçinin ideal bədən quruluşu izləyicilərini heyran qoyub. Müğənninin ad günündə paylaşdığı fotolara təriflər yağıb.
Çimərlik geyimində obyektiv qarşısına keçən Evcimik "Bu gün mənim ad günümdür. Saylarla işim yoxdur. İçimdəki uşağı heç böyütmədim. Belə daha xoşbəxt və yaxşıyam. 57 dəfə maşallah" sözlərini yazıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.