Parisdə Liqa Kuboku çərçivəsində "Pari Sen Jermen” komandası ilə qarşılaşan "Bastiya” futbol klubunun azarkeşləri və polis arasında baş vermiş toqquşma nəticəsində 15 asayiş keşikçisi xəsarət alıb. Bu barədə "Le Parisien” nəşri məlumat yayıb. Polis iğtişaşların qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib. Xatırladaq ki, PSJ "Bastiya” üzərində 3:0 hesablı qələbə qazanaraq Fransa Liqa Kubokuna sahib olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.