İngiltərə kubokunun oyunu koronavirus səbəbindən ləğv olundu
İngiltərə Liqa Kubokunda bu günə nəzərdə tutulan "Leyton Oriyent" - "Tottenhem" oyunu baş tutmayacaq.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, buna meydan sahibi komandanın futbolçuları arasında koroinavirusa kütləvi yoluxma halı səbəb olub.
İddiaya görə, aşağı liqa təmsilçisinin 10-dan çox oyunçusunda infeksiya aşkarlandığı üçün görüş ləğv olunub.
Premyer Liqadakı sıx qrafik səbəbindən matçın başqa tarixə keçirilməsi mümkün olmadığından "Leyton Oriyent"ə texniki məğlubiyyət veriləcəyi, "Tottenhem"in isə növbəti mərhələyə adlayacağı gözlənilir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürməli idi.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb