banner
banner

Dünya

Atatürkün movzoleyində ilk

Atatürkün movzoleyində ilk

Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünün bayram kimi qeyd edildiyi 24 aprel tarixində Atatürkün movzoleyində (Anıtkabir) bir ilk yaşanacaq.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, həmin tarixdə Anıtkabir 24 saat fasiləsiz ziyarətçilər üçün açıq olacaq. 

Anıtkabirin həyətində isə səhərə qədər hərbi parad olacaq. 

Tədbiri Anıtkabir komandirliyi ilə Sənayeçi Təşəbbüskar və İnvestisiyaçı Biznesmenlər Dərnəyi (SAGİYAD) təşkil edir. 

Gecə keçiriləcək mərasim zamanı havaya sülh fənərləri uçurulacaq. 

Türkiyə Qızıl Aypara cəmiyyəti səhərə yaxın ziyarətçilərə yarma şorbası və quru çörək verəcək. 

Səhər dan yeri söküləndə isə mərasimdə iştirak edənlər aslanlı yolla şəfəq yürüşü edəcək və movzoleyə əklil qoyacaqlar.

Həmin gecə əsgərlər Çanaqqala müharibəsi zamanı əsgərlərin geyindiyi forma ilə növbə tutacaq. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.