banner
banner

Gündəm

“Status-kvo” da, Qarabağa status da bitdi!

“Status-kvo” da, Qarabağa status da bitdi!

Sentyabrın 27-də Qarabağ cəbhəsində başlanan döyüşlər Azərbaycanın 30 ilədək axan qanına yeni qanlar qatdı, şəhidlərimizin sırasına isə yeni adlar yazdı. Zatən nə atəşkəs, nə bizə qənim kəsilən düşmən bu illərdə dayanmayıb. Belə qə...cəsinə həmişə xain pusquda durub, silahsız mülkü əhalini hədəf seçib. İllərdir “status-kvo” deyilən daha bir səssiz düşməni aramıza salıb vaxt qazanıblar, silahlanıblar, Qarabağa yüksək status kimi mənasız (həm də qəbuledilməz) tələblərlə danışıqları uzadıb ömrümüzü yeyblər. 

Bitdi! “Status-kvo” da, Qarabağa yüksək status da! Biz bu qara yara olan xalq üçün düşmənik, bunu heç bir status, heç bir birgə yaşayış dəyişdirə bilməz. Biz bunları son dığasınadək torpaqlarımzıdan çıxarmayanadək axan qanımız durmayacaq, analarımızın göz yaşları qurumayacaq. Ağır yoldur, amma şərəfli və Azərbaycana yaraşan yoldur. Başqa yol yoxdur! 
Danışıqlar dedilər, danışdıq, ən müxtəlif “həll variantları” ilə qarşımıza çıxdılar, “öncə ərazi bötüvlüyümüz” dedik. 2016-cı ilin aprelində qulaqlarını eşşək qulağına döndərdik, ağıllanmadılar. Dünyanın say etibarilə qısır millətləri sırasında olmalarına baxmayaraq, arada “xoruz”lanmaqlarından qalmadılar.

Artıq Azərbaycan əsgəri “danışır”

Biz niyə sülh istəyirik? Çünki əsgər bizim insandır, bizim qandır, bizim xalqın oğludur. Bu qısırlar isə niyə müharibəyə həvəslidirlər, bilirsiz səbəbini. Ölən əsgərin əksəriyyəti bunlardan deyil. Livandan, Suriyadan, hansı yanlardan gətirib ordu qurublar. Ermənistan ordusu qısırların ordusudur, qorxaqların və pullu muzdluların ordusudur! Bir ordu ki, yad ölkədə gəbərir, işğal etdiyi torpaq ona heç vaxt rahat məzar da olmaz. Bu ordu heç vaxt qalib də ola bilməz. Çünki haqqın, hüququn tərəfində deyillər, çünki zorla məskunlaşdıqları Şuşa, Ağdam, Laçın onlara heç zaman doğma yurd ola bilməz. Çox tezliklə başlarına dörd bir tərəfdən od yağanda qaçmağa dəlik axtaracaqlar. O qaçacaqları “dəliyi”-Laçın koridorunu da bağlamaq lazımdır, nəyin bahasına olursa-olsun...

Ermənistanın ağlı dalında olan hökumət başçısı düşdüyü və ölkəsini düşürdüyü dilənçi vəziyyətindən çıxış yolu axtararkən, Azərbaycana başqa yol buraxmadılar. Ölkə prezidenti İlham Əliyevin xalqa bugünkü müraciətində qırmızı xəttlə keçən fikir də budur:“Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.

Vətən sənin Vətənindir, Azərbaycan əsgəri! - İki sahil

Rusiya televiziyaları Ermənistan təxribatlarından danışmır, xəbərlər yenə də ya yarımçıq, ya birtərəflidir. Rusiya XİN-dən dərhal sonra Ermənistanın çox güvəndiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) ortaya çıxdı, bəyanat yaydı. Ekran altı qaçan xəbərdə gördüm ki, Ermənistan KTMT-yə müraciət etməyib. Hələ müraciət etməyib yəni. Ermənistanın baş naziri neçə vaxtdır bu qurumu öz çirkin oyunlarına qatmaq istəyir. Sərhəddə iyun gərginliyi zamanı dərhal onlara sığınmaq istəmişdilər, amma “qucaq” görmədilər. İndi də belə olacaq. Yəni KTMT-ni özlərinin işğalçı siyasətlərinə alət etsələr, bunun nəticəsi o qurumda təmsil olunanların özləri üçün yaxşı olmayacaq. Torpağı öz gücünə işğal etmisənsə, yəni buna cəsarət çatıbsa, indi cavabı da özün verməlisən. Əgər cavab verməyə gücün varsa...

Emosiyaları cilovlamaq çətindir, çünki hər bir damla qanımızı tökənlərin kimliyi adamı ağrıdır. Tarix bizi iki dəfə “cəzalandırıb” - bir dəfə bunlarla qonşu etməklə, bir dəfə də belə əxlaqsız düşmən qismət etməklə...

Allah Ordumuzun yardımçısı olsun. Qələbə bizimlədir. Bizə başqa yol buraxmadılar...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.