İngiltərə Liqa kubokunda 1/8 final mərhələsi start götürüb.
Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir matç keçirilib.
London derbisində “Tottenhem”lə “Çelsi” üz-üzə gəlib. “Zadəganlar”ın bu yay transfer etdiyi Timo Verner matçın ilk yarısında yeni klubunda qol hesabını açıb. Lakin meydan sahibləri görüşün sonlarında hesabda tarazlıq yaradıb.
Matçın taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan “Tottenhem” 1/4 finala yüksəlib.
Qeyd edək ki, mərhələyə oktyabrın 1-də yekun vurulacaq.
İngiltərə Liqa kuboku 1/8 final 29 sentyabr “Tottenhem” – “Çelsi” – 1:1, pen. 5:4 Lamela, 84 - Verner, 19
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb