İraqın Baş naziri Heydər Əl-Abadi Vaşinqtona səfər edir.
ANS PRESS-in məlumatına görə, səfərin məqsədi ABŞ prezidenti Barak Obamadan ölkəsi üçün daha çox hava yardımı və İŞİD qruplaşmasına qarşı mübarizədə istifadə etmək silah yardımı istəməkdir.
Abadi deyib ki, Birləşmiş Ştatlar artıq İraqa hərbi dəstəyi artırıb, lakin rəsmi Bağdadın hərbi qüvvələri keçən il üsyançıların ələ keçirdiyi böyük əraziləri geri almaq səylərini gücləndirdikcə daha çox hərbi yardıma ehtiyac var.
Heydər Əl-Abadi çərşənbə axşamı Ağ Evdə prezident Barak Obama ilə görüşəcək. Bu, İraq baş nazirinin bu vəzifədə Vaşinqtona ilk səfəridir. Onun ABŞ-dan yeni silah yüklərinə görə ödənişlərin təxirə salınmasını istəyəcəyi gözlənilir. İraq hökuməti neft qiymətlrinin düşməsi və İŞİD qrupuna qarşı hərbi kampaniya ilə əlaqədar xərclərə görə nəğd pul qıtlığı kimi problemlə qarşılaşıb.
ABŞ-ın Müdafiə naziri Eşton Karter Amerika rəsmilərinin İraq baş nazirinin müraciətlərini nəzərdən keçirəcəyini bildirib. Birləşmiş Ştatlar İŞİD qrupunun İraq və Suriyada mövqelərinin bombardman edilməsi məqsədilə byenəlxalq koalisiyaya başçılıq, eyni zamanda İraqı hərbi yardımla təmin edir və İraq hərbi qüvvələrinə təlim verir. Lakin prezident Obama ABŞ hərbi qüvvələrinin İraqdan çxdıqdan üç il sonra döyüşlərdə iştirak etmək üçün İraqa yenidən Amerika əsgərlərinin göndəriləcəyini istisna edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.