banner
banner

İdman

Çempionlar Liqasının püşkü atılıb

Çempionlar Liqasının püşkü atılıb

Bu gün Çempionlar Liqasının 2020/21 mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 32 komanda 8 qrupa bölünüb.

Azərbaycan Çempionlar Liqasının əsas mərhələsində təmsil olunmayıb. Türkiyənin çempionu “Başakşəhər”in rəqibləri püşkatmada bəlli olub.

İstanbul klubu H qrupunda mübarizə aparacaq. “Başakşəhər” burada PSJ, “Mançester Yunayted” və “Leypsiq”lə eyni qrupda yer alıb.

Diqqət çəkən məqam “Barselona” ilə “Yuventus”un eyni qrupda yer almasıdır. Son illər dünyanın ən güclü iki futbolçusu sayılan Lionel Messi ilə Kriştianu Ronaldo qrupda bir-birinə rəqib olacaq.

Qeyd edək ki, qrup mərhələsində I tur  20/21 oktyabr, II tur 27/28 oktyabr, III tur 3/4 noyabr, IV tur 24/25 noyabr, V tur 1/2 dekabr, VI tur 8/9 dekabrda keçiriləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.