banner
banner

Hərbİ

Türkiyə Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Türkiyə Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

“Ermənistan dərhal hücumlarını dayandırmalı, xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyindən Ermənistana ünvanlanan xəbərdarlıqda belə bildirilib.

Bu sabah Gəncədə mülki əhaliyə hücum edilməsi ilə beynəlxalq hüququn açıq-aşkar pozulduğunu qeyd edən nazirlik Ermənistanı bu hücumlara görə qətiyyətlə pisləyib: “Uşaq, qadın, yaşlı demədən Xocalı qətliamını törədən Ermənistan 30 il öncə necədirsə, bu gün də elədir. Ermənistan regionda sülh və sabitliyin bərqərar olunmasına əngəldir”.

Açıqlamada qeyd olunub ki, Ermənistanın Azərbaycanda Türkiyəyə məxsus havadan müdafiə (İHA) vasitələri və pilotsuz havadan müdafiə vasitələrindən (SİHA) istifadə olunmasına dair iddiaları həqiqətə uyğun deyil.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.