Ön cəbhədə əlini itirmiş erməni zabit Sarkis Qabrielyan yenə hərbi xidmətini davam etdirəcək. Erməni nəşrləri bunu riqqətlə yazırlar.
Bəs əlilin ordudan getməmək istəyi nə ilə bağlıdır? Bəlkə də mülki həyatda ona ümumiyyətlə iş olmayacağından qaynaqlanır. İş ümumiyyətlə yoxdur, bir yandan da onun əlinin biri yoxdur.
Amma mətbuat öz zabitlərini qəhrəman və qorxmaz təqdim etmək üçün bu faktdan yararlanmağa çalışır. Bununla da Ermənistanın rəhbərlərinin iqamətgahlarının qarşısında piketlərini gündən-günə böyüdərək müharibəni dayandırmağı tələb edən əsgər analarında yalançı vətənpərvərlik hissləri oyatmaq istəyirlər.
Bundan başqa, hakimiyyətdə olanlar işğalçı ordunun düşmüş nüfuzunu qaldırmağa çalışırlar. Azərbaycan silahlı birləşmələrinin uğurlu əməliyyatları nəticəsində həlak olan, yaralanan və əlil olan erməni əsgərlərin sayı gündən-günə artır.
Bunu jurnalistlərlə söhbətində Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyan dolayısı ilə etiraf edib. O, etiraf edib ki, ordunun qurbanları artır. Qeyd edib ki, Ermənistan əhalisi anlamalıdır ki, müharibə gedir və qurbanlar qaçılmazdır. "Bizim uşaqlar torpağı qoruyur", - deyə general bildirib. Düzdür, o, torpağın kimin olmasını dəqiqləşdirməyib. Arutyunyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət olarsa, KTMT-nin Ermənistana kömək edib-etməyəcəyi barədə jurnalistlərin suallarına da cavab verib.
"Rusiyanın və ya KTMT-nin Qarabağ münaqişəsinə müdaxilə etməsi üçün hüquqi əsas yoxdur" - deyə general qısa cavab verib.
Rusiyanın Azərbaycana silah satması barədə suallar da diqqətdən kənarda qalmayıb. Keçmiş nazir bildirib ki, bu məsələ olmasaydı, daha yaxşı olardı. Həm də qeyd edib ki, Bakı texnika və silahı yalnız Moskvadan deyil, həm də Türkiyədən, Ukraynadan, Belarusdan, Cənubi Afrikadan və İsraildən alır ki, bunun qarşısını heç cür almaq mümkün deyil (ANS PRESS).
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.