“Ermənilərdən də betərdirlər...” - Spikerin cavabı
“I Avropa Oyunlarının yaxınlaşması ilə əlaqədar həm daxili, həm də xarici təşkilatlar bu və ya digər şəkildə, qeyri-hökumət təşkilatlarının vasitəsilə Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirirlər”.
Cia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, son günlər belə bir bəyanat yayılıb ki, ölkədə korrupsiya halı baş alıb gedir.
“Lakin qeyd edim ki, Azərbaycanda hər zaman korrupsiyaya qarşı mübarizə aparılıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ilk gəlişindən bu günə kimi bu proses davam edir. Azərbaycan az-az ölkələrdəndir ki, burada Baş Prokurorluq yanında Korrupsiya komissiyası fəaliyyət göstərir və burada müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edir. Dünyanın hər yerində bu bəla var. Təəssüf ki, bəzi qurumlar Azərbaycanda beynəlxalq tədbirlərin yaxınlaşması ilə əlaqədar ölkənin adını hallandırmağa daha çox üstünlük verirlər”. Deputatın sözlərinə görə, Azərbaycan xalqının, dövlətçiliyinin əleyhinə işləyən siyasi partiyalar, qeyri-hökumət təşkilatları var ki, ölkəmizə ləkə yaxmağa çalışırlar. “Onlar da həmin qüvvələrin sifarişi əsasında bu gün Azərbaycanda aksiyalara çağırma, ayrı-ayrı müraciətlər qəbul etmə, hətta partiya səviyyəsində bəyanatlar elan edirlər ki, Azərbaycandakı oyunlarda iştirak etməsinlər. Bütün bunlar onun göstəricisidir ki, onlar eyni mənbədən, erməni lobbisinin maliyyəsi hesabına bu addımları atırlar. Milli Məclisdə bu məsələyə ciddi münasibətimizi bildirməliyik. Bu cür antimilli insanların fəaliyyətinə qiymət verməliyik”.
Spiker Oqtay Əsədov isə S. Novruzova belə cavab verib. “Ermənilər özləri bu idman oyununda iştirak edəcəklər. İndi ehtiyac varmı bunun müzakirəsinə?.. Bu, millət üçün bəllidir. Yarışa qarşı çıxanlar ermənilərdən də betərdir”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.