banner
banner

İdman

Nəriman Abbasov: "Erməni ilə döyüşmək UFC-də iştirakdan vacibdir"

Nəriman Abbasov: "Erməni ilə döyüşmək UFC-də iştirakdan vacibdir"

"Bakıda kəməri qoruya bilsəm, UFC və ya "Bellator"da döyüşmək istərdim. Çünki vəfat etmiş qardaşım mənim bu turnirlərdə çempion olmağımı istəyirdi. Hətta qəbrinin üstündə də onun "Bellator" kəməri ilə şəklini qoymuşam. Bunun üçün ABŞ-a getməliyik".

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov "Metaratings" nəşrinin azərbaycanlı jurnalisti Anar İbrahimova müsahibəsində deyib.

Azərbaycanlı idmançı Çeçenistan əsilli isveçli məşhur döyüşçü Həmzət Çimayevlə qarşılaşmaq istədiyini bildirib: "Güclü olmaq üçün güclü rəqiblərlə döyüşmək lazımdır".

Son vaxtlar cəbhə xəttində baş verən hadisələrə də toxunan azərbaycanlı idmançı vəziyyətlə bağlı ölkəyə qayıtmaqdan qorxmadığını söyləyib: "Azərbaycana getməkdən niyə çəkinməliyəm? Mən belə şeylərdən qorxmuram. Döyüşkən xarakterimlə məmnuniyyətlə Vətənimi qorumağa hazıram. Siyasət mənlik deyil. Bundan başım çıxmır. Hərənin öz işi var. Əlimə silah alıb, döyüşə getməyə hazıram".

Abbasov "Erməni ilə döyüşərdiniz" sualına bu cür cavab verib: "Niyə də olmasın? Xatırlayırsınızsa, bir dəfə belə bir şey olmuşdu. Mən döyüşməyə hazır olduğumu söylədim, o (Rusiyanı təmsil edən erməni əsilli idmançı Eduard Vartanyanı nəzərdə tutur - red.) isə imtina etdi. Halbuki onunla qarşılaşmağı çox istəyirdim. Bilirsiniz necədir? Mənim üçün erməni ilə döyüşmək UFC-də iştirakdan vacibdir".

Qeyd edək ki, Nəriman Abbasov sentyabrın 26-da rusiyalı idmançı Mixail Qogitidze üzərində qələbə qazanaraq yüngül çəkidə çempionluq titulunu qoruyub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.