banner
banner

Sosİal

İcra başçısı ağacları kəsir, sakinlərə zülm edir

İcra başçısı ağacları kəsir, sakinlərə zülm edir

Razim Məmmədovun ərazi alış verişi-sakinlər prezidentdən yardım istəyir

Xətai rayonu Sabit Orucov küçəsi 8a-da yerləşən binanın sakinləri redaksiyamıza müraciət edərək saytımız vasitəsi ilə ölkə prezidenti İlham Əliyevdən kömək istəyirlər.

Sakinlər bildirirlər ki, onların yaşadıqları binanın qarşısı icra hakimiyyəti tərəfindən hasarlanıb və evlərinə gediş gəliş üçün bütün yollar demək olar bağlanıb.

Şikayətçilər qeyd edirlər ki, binada hər hansı bir hadisə baş verərsə nə təcili yardım maşını,nədə yanğın söndürən maşınların əraziyə heç cür gəlmək imkanları olmayacaq. Binanın bir tərəfi isə hansısa bir şirkət tərəfindən hasarlanıb həmin ərazidə otel tikilir. Yerdə qalan hissəsini isə icra hakimiyyəti hasarlayaraq bizi muasirəyə alıb. Sakinlər icra hakimiyyətinin işçiləri binanın qarşısında uşaq meydançasının yerində park salınacağını demişdilər. Buna görə meydançanın ətrafındakı qarajları sökdülər, iki ağacı gecə ikən dibindən çıxardıb yox etdilər.

Lakin indi məlum olur ki, icra hakimiyyəti onları aldadıb və əslində ərazini rayon icra başçısı Razim Məmmədov hansısa iş adamına satıb.//Pia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.