banner
banner

Dünya

Ermənistanda yaralı hərbçilərə əlil arabaları çatmır

Ermənistanda yaralı hərbçilərə əlil arabaları çatmır

“Mən Sosial Məsələlər Nazirliyinin yaralı qəhrəmanlara əlil arabaları və qoltuq ağacları verməkdən imtina etməsinə dair həyəcan siqnalı alıram”.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Unison” İctimai Birliyinin sədri Armen Alaverdyan özünün “Facebook”dakı səhifəsində yazıb.

"Mən Sosial Məsələlər Nazirliyinin yaralı qəhrəmanlara onların Ermənistan qeydiyyatı və ya başqa bürokratik problemlərə istinad edərək əlil arabalarının, qoltuqağaclarının və başqa lazımlı predmetləri verməkdən imtina etməsi barədə həyəcan siqnalları alıram.

Sadə qərarlar təklif edirəm: - təcili bütün bürokratik əngəllər aradan qaldırılsın ki, Vətənin yaralı müdafiəçilərinə bərpa predmetləri verilsin. Bu vaxta qədər məmurlar lazımi əşyaları öz hesablarına əldə edə bilərlər. Və ya yuxarıdakı iki metod birlikdə istifadə edilə bilər.

QHT-lər və vətənpərvərlər bu problemlərin bəzilərini həll ediblər və həll edəcəklər (resurslarımız hər şeyə çatmır). Sadəcə olaraq bu mövzunu təbliğ etmirik”.

Qeyd edək ki, “Unison” İctimai Birliyi sağlamlıq imkanları məhdud insanların problemlər ilə məşğul olur.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.