banner
banner

İdman

Mesut Özil ərəb klubunun təklifini rədd etdi

Mesut Özil ərəb klubunun təklifini rədd etdi

İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Səudiyyə Ərəbistanının "Əl-Nəsr" (Ər-Riyad) klubuna keçməkdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə "TyC Sports"un jurnalisti Sesar Luis Merlot "Twitter"də bildirib.

"Əl-Nəsr" 32 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 5 milyon funt sterlinq, Özilə isə 2 illik çoxmilyonluq müqavilə təklif edib. Ancaq futbolçu hələ "Arsenal"dan ayrılmaq fikrində deyil.

Qeyd edək ki, Mesut Özilin "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatmalıdır. O, son olaraq "topçular"ın heyətində martda meydana daxil olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.