banner
banner

Sağlamlıq

Xərçəng xəstəsi olduğumuzu necə bilək? DİQQƏT

Xərçəng xəstəsi olduğumuzu necə bilək?

İnsan özü xərçəng xəstəsi olub olmadığını müəyyən edə bilər. 
Cia.az-ın məlumatına görə, alimlər hesab edir ki, sadə nəfəs testi bağırsaq problemi olan insanlarda mədə xərçəngi riskinin inkişafını erkən mərhələlərdə proqnozlaşdırmağa kömək edə bilər.
Test insanın nəfəsindən kiçik kimyəvi birləşmələr alaraq, unikal "nəfəs izləri" ilə xərçəng riski dəyişiklikləri ayırd etməyə hesablanıb. Ekspertlərin fikrincə, əgər test geniş sınaqlarla sübuta yetirilərsə, xərçəng riski daha erkən mərhələlərdə müalicə olunar.
Böyük Britaniyada hər il təxminən 7300 nəfərdə mədə xərçəngi aşkarlanır. Lakin bir çox Qərb ölkələrində bu xəstəliyə gec diaqnoz qoyulduğuna görə, yaşamaq şansı daha da azalır.
Alimlər erkən diaqnozun müalicəyə kömək edə biləcəyinə inanırlar. Yeni nəfəs testi İsrail, Latviya və Çin tədqiqatçılarının əvvəlki işlərinə əsaslanmır. Tədqiqatçılar 145 xəstədən nəfəs nümunələri götürüb və onların təxminən 30-da mədə xərçənginin olduğu aşkarlanıb. Araşdırmalara minlərlə avropalı xəstənin cəlb olunması nəzərdə tutulur. Alimlərin fikrincə, sınağın klinikalarda tətbiqi üçün daha çox iş tələb olunur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.