ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçiləri Somalidən çıxarmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Bildirilib ki, Ağ Ev rəhbəri müşavirlərinə bu barədə məlumat versə də, onlar prezidentin bu niyyətindən narahat olublar.
ABŞ administrasiyasının üzvləri qeyd ediblər ki, Somali hökuməti təhlükəsizliyə kifayət qədər nəzarət etmir və Amerika qoşunlarının bu ölkədən çıxarılması boşluğa gətirib çıxaracaq. Somalidəki terrorçular isə bundan istifadə etməyə çalışa bilərlər.


