banner
banner

İdman

ABŞ klubunun baş məşqçisi azərbaycanlı hücumçunu təriflədi

ABŞ klubunun baş məşqçisi azərbaycanlı hücumçunu təriflədi

"Həftə ərzində qurmağa çalışdığımız strategiyanın böyük hissəsi yenidən sürətlə başlayır. Meydanda oyunu öz diktəmiz altında rəqibə qəbul etdirməyə çalışacağıq".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubunda baş məşqçi vəzifəsini icra edən Bler Qevin "arizonasports.com" saytına açıqlamasında deyib.

Oktyabrın 17-də Milli Futbol Liqasının (USL) pley-off mərhələsində "Rino 1868" klubu ilə keçirəcəkləri oyun barədə danışan 31 yaşlı mütəxəssis Dadaşovun çıxışına da toxunub. Qevin 29 yaşlı hücumçunun oyunundan məmnun olduğunu bildirib: "Cinah oyunçularımızın və yarımmüdafiəçilərimizin irəlidə ötürmə edə biləcəkləri yaxşı hücumçuya sahibik. Topu qəbul etmək, onu özümüzdə saxlamaq bizim üçün önəmlidir. Bu mənada, şübhəsiz ki, Rüfət hazırkı sistemin vacib hissəsidir".

Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm USL-da 11 qol vurub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.