banner
banner

Hərbİ

ATƏŞ XƏTTİ: Düşmən Tərtər istiqamətində hərbi cinayətlərini davam etdirir

ATƏŞ XƏTTİ:
Vətən müharibəsinin 19-cu günü Tərtər cəbhəsində durum gərgin olaraq qalır. Ermənistan Silahlı Qüvvələri oktyabrın 15-də səhər 8-dən başlayaraq yenidən Tərtər istiqamətində xaotik atəşi davam etdirib. Düşmən dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə alır. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçalarıdır. Cəbhə bölgəsində olan “Yeni Müsavat”ın reportyoru xəbər verir ki, düşmənin nizamsız atəşlərinə Azərbaycan Ordusunun hissələri qarşılıq verir, atəş nöqtələrinin məhvi istiqamətində tədbirlər görür. Hazırda döyüşlər davam edir. Qeyd edək ki, sentyabrın 27-də 6 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. 2 həftəlik döyüşlərdən sonra Ermənistan tərəfinin yalvarışları nəticəsində Rusiyada humanitar atəşkəs razılaşması əldə olunub. 1 gün sonra, 11 oktyabr 2020-ci ildə Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə nüvə başlığı daşıya bilən R-17 Elbrus (Skad B) raketi atılıb. Nəticədə 4-ü qadın olmaqla, 9 nəfər həlak olub, aralarında uşaqlar olan 35 nəfər yaralanıb. Ermənistan hərbi-siyasi rəhbərliyi gecə yarısı evlərində yatmış Azərbaycanın mülki vətəndaşlarına qarşı hərbi cinayət törətməklə humanitar atəşkəs razılaşmasını faktiki olaraq aradan qaldırıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.