banner
banner

Dünya

Fransa səhiyyə naziri Olivye Veran və nazirliyin baş direktoru Jerom Salomonun iş yerlərində və yaşayış ünvanlarında polis axtarış aparıb. “Report” yerli KİV-ə istinadən xəbər verir ki, həmçinin sabiq baş nazir Eduard Filip, keçmiş hökumət sözçüsü Sibet Ndiaye, sabiq səhiyyə naziri Aqnes Buzin kimi bir sıra nüfuzlu şəxsin də evlərində axtarışlar aparılıb. Bu tədbirlər COVID-19 epidemiyasının səbəb olduğu səhiyyə böhranı ilə bağlı Respublika Ədliyyə Məhkəməsi (CJR) tərəfindən iyul ayının 7-dən apardığı təhqiqat çərçivəsində aparılıb. Belə ki, hökumət rəsmilərinin epidemiya ilə bağlı addımlarına dair bütövlükdə 90-dək şikayət verilib, bunlardan yalnız 9-u məqbul sayılıb. O cümlədən COVID-19 həkimlər qrupu üzvlərinə qarşı da irəli sürülən şikayətlərə dair dinləmələr sentyabr ayının əvvəllərindən keçirilir. Sentyabrın ortalarında isə 200 nəfər adından epidemiya qarşısında hökumətin fəaliyyətsiz olması barədə CJR-də baş nazir Jan Casteksə qarşı şikayət verilib. Qeyd edək ki, Respublika Ədliyyə Məhkəməsi prezident istisna olmaq şərtilə yüksək rütbəli rəsmi şəxslərin qanunlara əməl etməsinə nəzarət edir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.