banner
banner

Dünya

Tramp Baydeni korrupsioner siyasətçi adlandırdı

Tramp Baydeni korrupsioner siyasətçi adlandırdı
ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində rəqibi Co Baydeni korrupsiyaya qurşanmaqda ittiham edib. Qeyd edək ki, bir neçə gün əvvəl “New York Post” nəşri Co Baydenin oğlu Hanter Bayden ilə ukraynalı biznesmen Vadim Pojarski arasında olan yazışmanın bir hissəsini dərc edib. V. Pojarski ABŞ-a dəvətə və atası ilə görüşməsinə şərait yaratdığına görə gənc Baydenə təşəkkürünü bildirib. Eyni zamanda ukraynalı biznesmen Hanter Baydendən şəxsi nüfuzundan istifadə etməsini xahiş edib. TASS agentliyi xəbər verir ki, D. Tramp mətbuata sızan yazışmaların həqiqiliyinə tam inandığını və C. Baydenin korrupsioner olduğunu söyləyib. “Co Bayden tamamilə korrupsiyalaşmış siyasətçidir. O, bütün ömrü boyu belə olub”, - deyə D.Tramp qeyd edib.//Oxu.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.