Bazar günü keçirdiyi ayində 1915-ci il hadisələri barədə rəsmi Ankaranı hiddətlənirən açıqlamalar verən Roma papası fikirlərinə açıqlama gətirib. Cia.az-ın məlumatına görə, katoliklərin ruhani lideri bildirib ki, baş vermiş hadisələr öz adıyla tələffüz olunmalıdır. Fransisk İsa peyğəmbərin 12 həvarisindən nümunə göstərərək öz düşüncələrini əsaslandırmağa çalşıb: “İsa peyğəmbər inancları səbəbindən pis rəftara məruz qalacaq 12 həvaridən Yuhanna və Petrusa, “Gördükləriniz və eşitdikləriniz qarşısında səssiz qalmayın” – deyib”. Fransisk həmçinin kilsənin bu mesajının səmimiliyə və xristian cəsarətinə gedən yol olduğunu deyib. Xatırladaq ki, Roma papası bazar günü ayinində 1915-ci il hadisələrini şərh edərkən qondarma erməni “soyqırımının” XX əsrin ilk soyqırımı olduğunu iddia etmişdi. Papanın bu çıxışına ölkə prezidenti, baş nazir, xarici işlər naziri və s. rəsmilər kəskin reaksiya bildirib, Türkiyə Vatikandakı səfirini geri çağırımışdı.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.