banner
banner

Gündəm

Kanada azərbaycanlıları Gəncədə baş verən terrora etiraz edir

Kanada azərbaycanlıları Gəncədə baş verən terrora etiraz edir

Oktyabrın 18-də Kanadanın Toronto şəhərində soydaşlarımız ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Azərbaycanın mübarizəsini dəstəkləyən həmrəylik yürüşü keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Musavat.com-a verilən məlumata görə, Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən sülh marşı Kollec/Karlton küçələrinin kəsişməsindən başlayaraq Natan Filips meydanına qədər davam edən mitinqlə başa çatıb. Aksiya iştirakçıları Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, o cümlədən qadınların və azyaşlıların həlak olmasına etiraz olaraq “City Hall”un qarşısında təşkil olunmuş guşəyə gül və oyuncaqlar qoyublar.

Soydaşlarımız bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcəbədi və digər rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri dəfələrlə ağır artilleriya atəşinə tutması, mülki əhalini hədəfə alması Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət aparmasının sübutudur. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə, torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı mübarizəni dəstəkləməyə, mülki vətəndaşlara qarşı törədilən terrora biganə qalmamağa səsləyiblər.

Aksiyanın sonunda Kanada azərbaycanlılarının maşın karvanı Azərbaycan bayrağının rənglərinə bürünmüş Niaqara şəlaləsinə doğru yola düşüb.

Aksiyada müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində onlarla insan həlak olub, dinc sakinlər ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.