banner
banner

Gündəm

Türkiyənin baş konsulu Gəncə terroundan zərərçəkmişlərə baş çəkib

Türkiyənin baş konsulu Gəncə terroundan zərərçəkmişlərə baş çəkib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində xəsarət alanlara baş çəkiblər.

Musavat.com xəbər verir ki, yaralılarla müalicə aldıqları xəstəxanalarda görüşən şəhər rəhbəri və Baş konsul, onların səhhəti ilə maraqlanıb, söhbət ediblər. Söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə tamamilə azad olunacağına əminlik ifadə edilib. Yaralılara şəfa, həlak olanlara isə Allahdan rəhmət dilənib.

Niyazi Bayramov raket zərbəsi nəticəsində dağılan ərazidə də olub, burada erməni terrorundan zərər görən sakinlərlə görüşüb. Şəhər rəhbəri bildirib ki, evləri tamamilə dağıdılmış ailələr müvəqqəti yaşayış sahəsi ilə təmin ediliblər. Bununla yanaşı, həmin sakinlər istəkləri üzrə gündəlik tələbat malları, eləcə də geyimlərlə təmin olunurlar.
Daha sonra Niyazi Bayramov və Zeki Öztürk zərərçəkənlərin müvəqqəti məskunlaşdıqları yataqxanaya gəlib, buradakı şəraitlə tanış olublar.

Şəhər rəhbəri bildirib ki, Erməni terroru nəticəsində zərər çəkənlərə dövlətimiz tərəfindən bütün lazımi köməkliklər göstərilir, onların qayğı və problemləri ilə maraqlanılır. O qeyd edib ki, bu məsələ ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Ermənistanın mülki vətəndaşların yaşayış məntəqələrinə endirdiyi raket zərbələrini qınadığını deyən Zəki Öztürk bildirib ki, Türkiyə haqlı davasında daim Azərbaycanın yanındadır.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk sakinlərlə birlikdə şam yeməyi yeyiblər, uşaqlara hədiyyələr verilib.

Xatırladaq ki, 17 oktyabr 2020-ci il tarixində saat 01:00 radələrində Gəncə Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulub. Nəticədə 5-i uşaq, 5-i qadın olmaqla, 14 nəfər həlak olub, 55 nəfər yaralanıb. 20 ev tamamilə dağılılıb, 4 uşaq bağçası-körpələr evi, 1 məktəb və 1 poliklinikaya ziyan dəyib.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.