banner
banner

Hərbİ

BMT-nin silah embarqosu pisləndi

BMT-nin silah embarqosu pisləndi

Yəməndəki şiəməzhəb huti silahlıları BMT-nin Təhlükəsizlik Şurasının onlara və müttəfiqlərinə qarşı silah embarqosunu pisləyib.

Hutilərin rəhbərlik etdiyi Ali İnqilab Komitəsi aprelin 14-də BMT-nin “işğala” dəstəyinə qarşı etirazlara çağırıb.

İranın dəstək verdiyi hutilər Yəməni sürətlə ələ keçirib, Səudiyyə isə koalisiya yaradaraq onlara hava zərbələrinə başlayıb.

Səudiyyə Ərəbistanının BMT-dəki səfiri Abdallah al-Moualimi deyib ki, BMT-nin qətnaməsi hava zərbələri kampaniyasının “çox aydın şəkildə qüvvəyə mindirir”.

Bu arada Misir və Səudiyyə Ərəbistanı digər Körfəz ölkələri ilə birlikdə Səudiyyədə “böyük hərbi manevrlər” keçirməyə müzakirə edib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif isə deyib ki, Tehran Yəmən üçün sülh planı təklif edib. Atəşkəs, daha sonra xaricilərin vasitəçiliyi və bütün tərəflərin iştirakıyla danışıqlar aparılması təklif olunur. //DİA.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.