banner
banner

Dünya

NASA “Bennu” asteroidinin səthindən ilk görüntüləri yayımlayıb - VİDEO

NASA “Bennu” asteroidinin səthindən ilk görüntüləri yayımlayıb - VİDEO

NASA “Bennu” asteroidinin səthindəki qayalar və toz nümunələrinin ilk görüntülərini yayımlayıb.

Bu barədə Kosmik Agentliyin saytında məlumat verilib.

Missiyanın gedişində NASA zondu “Bennu” asteroidinin səthinə yaxınlaşıb və manipulyatordan istifadə edərək asteroidin səthindən nümunələr götürüb.

Qayalardan nümunə götürmək təxminən altı saniyə çəkib.


Xatırladaq ki, Yerdən 320 milyon kilometr məsafədə yerləşən Amerika zondu OSIRIS-REx “Bennu” asteroidinə yaxınlaşıb.

Asteroidin təxminən 166 ildən sonra planetimizlə toqquşacağı ehtimal olunur. Astronomlar “Bennu”nun sərt qaya şəklində olan süxurlarının tərkibində müxtəlif mineralların olduğu qənaətindədir. Əvvəllər aparılmış tədqiqatlar göstərib ki, Yerlə toqquşan asteroid və meteoritlərin tərkibində həyat əlaməti olan su da olub. “Bennu”nun səthinin öyrənilməsi məhz bu baxımdan əhəmiyyətlidir.//Oxu.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.