banner
banner

İdman

"Mançester Yunayted"dən Poqbaya yeni müqavilə

"Mançester Yunayted"dən Poqbaya yeni müqavilə

Mançester Yunayted” futbolçusu Pol Poqbaya yeni müqavilə təklif etməyə hazırlaşır.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 27 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli razılığa gəlmək niyyətindədir.

 “Mançester Yunayted” büdcədə tarazlığı pozmamaq üçün fransalı oyunçuya həddindən artıq yüksək maaş təkif etmək istəmir. Lakin İngiltərə klubu futbolçunun məvacibini müəyyən səviyyədə artırmağa hazırdır.

Poqbanın Premyer Liqa təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir. O, klubda həftəlik 297 min avro qazanır.

Qeyd edək ki, Poqba “Mançester Yunayted”ə 2016-cı ildə “Yuventus”dan keçib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.