Çempionlar Liqası: "Bavariya" və "Real Madrid"in səfər sınağı
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 görüş keçiriləcək. Turnirin son qalibi Almaniya "Bavariya"sı Moskvada Rusiyanın "Lokomotiv" komandasının qonağı olacaq. A qrupunun digər görüşündə "Atletiko" İspaniyada Avstriya "Zaltsburq"unu qəbul edəcək.
İlk turda məğlub olan İspaniyanın "Real Madrid" komandası Almaniyada Mönhenqladbax “Borussiya”sı ilə üz-üzə gələcək. İtaliya "İnter"i isə Ukraynada "Şaxtyor"la qarşılaşacaq.
Çempionlar Liqası II tur 27 oktyabr
A qrupu 21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Bavariya” (Almaniya) 24:00. “Atletiko” (İspaniya) – “Zaltsburq” (Avstriya)
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb