İcra başçısı Elmar Vəliyevin göstərişinə əsasən heykəlin başına keçirilmiş örtüyü çıxaran şəxsə ağır cəza veriləcək
Azərbaycan Demokratik Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadəyə qarşı hakimyyət dairələrinin qısqanclığı davam edir. JAM.AZ xəbər verir ki, bir neçə gün əvvəl Bakı Metropoliteninin rəhbərliyinin göstərişinə əsasən «Ulduz» metrosunun yaxınlıında ucaldılmış Rəsulzadənin büstü dağıdılmışdı. Sonradan Metropoliten rəsmiləri açıqlama verərək bildirdilər ki, həmin ərazidə abadlıq işləri aparıldığından heykəli çıxarıb, aparıblar və yenidən yerinə qoyacaqlar.
Bakıdan fərqli olaraq, Gəncədə isə vəziyyət daha qəlizdir. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, Gəncə Dəmiryoluçuların Mədəniyyət və İstirahət Parkında ucaldılmış Məmməd Əmin Rəsulzadənin heykəlinin başına torba keçirilib. 1 ilə yaxındır belə vəziyyətdə olan heykəlin üzərinin bu şəkildə bağlanılmasının tapşırığını isə icra başçısı Elmar Vəliyevin verdiyi deyilir.
Məlumatda deyilir ki, Vəliyevin heykəllə bağlı daha bir tapşırığı var. Belə ki, Gəncənin icra başçısı bildirib ki, Rəsulzadənin heykəlinin başına keçirilmiş torba onun icazəsi olmadan çıxarıla bilməz. Həmin parçanı götürən şəxs dərhal cəzalandırılacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.