banner
banner

Dünya

Meksikada itən 59 nəfərin öldürüldüyü məlum olub

Meksikada itən 59 nəfərin öldürüldüyü məlum olub

Meksikada hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin mərkəzindəki Quanaxuato ştatının Salvatierra vilayətinin ərazisində 59 nəfərin cəsədi olan qəbirlər tapıblar.

“Report xəbər verir ki, bu barədə itkin düşən şəxslərin axtarışı üzrə Milli Komissiyanın rəhbəri Karla Osuna mətbuat konfransında məlumat verib.

Hazırda axtarışların davam etdiyini deyən Karla bildirib ki, cəsədləri tapılan şəxslər bölgədə fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupların qurbanlarıdır. Onun sözlərinə görə, öldürülən şəxslər axtarışda olub.

Meksikanın Quanaxuato ştatı qəsdən adamöldürmə cinayətlərinin sayına görə ölkədə liderdir. Bundan əvvəl ştatın axtarış bölmələri insan meyitlərinin olduğu səkkiz gizli qəbir tapıblar. Səkkiz qəbirdə təxminən 100 cəsədin olduğu 20 kisə aşkar edilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.